Rusca-azərbaycanca arıçılıq terminləri lüğəti
B.e.n. H.Sultanlı. Rusca-azərbaycanca arıçılıq terminləri lüğəti, Bakı, "Azər" nəşriyyatı, 2010, 132 səh.
Lüğətdə arıçılığa dair rus dilində olan ədəbiyyatlarda işlədilən 4200-ə qədər termin və ifadələrin ilk dəfə Azərbaycan dilində tərcüməsi verilmişdir.
Lüğət peşəkar və həvəskar arıçılar, baytarlıq mütəxəssisləri, aqronomlar, elmi işçilər, bioloqlar və tərcüməçilər üçün nəzərdə tutulmuşdur. Lüğətdən Dövlət Aqrar Universitetinin tələbələri, müəllimləri, habelə orta məktəb şagird və müəllimləri də istifadə edə bilərlər.
Lüğətin elmi redaktorları akademik Musa Musayev, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovadır.


Azərbaycan Respublikasının Konstitusiyası, maddə 21
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.
Yeni lüğətlər
  • Rusca-azərbaycanca arıçılıq terminləri lüğəti
  • Soyuq silahın kriminalistik ekspertizası üzrə xüsusi terminlərin izahlı sözlüyü
  • İzahlı tarix terminləri lüğəti